İDMAN
Kolumbiya komandası Fil Dişi Sahili yığmasına qalib gəlmişdir VİDEO
Bakı, 19 iyun (AZƏRTAC). Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında növbəti oyun keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iyunun 19-da Brazilia şəhərindəki “Nasional” stadionunda “C” qrupunda mübarizə aparan
Kolumbiya və Fil Dişi Sahili yığmaları qarşılaşmışlar.
İngiltərəli baş hakim Hovard Uebbin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Kolumbiya komandası Fil Dişi Sahili millisini 2:1 hesabı ilə məğlub edərək dünya çempionatında ikinci qələbəsini qazanmışdır.
Oyunun 64-cü və 70-ci dəqiqələrində kolumbiyalı futbolçular James və Quintero fərqlənmişlər. Fil Dişi Sahili yığmasının yeganə qolunu isə 73-cü dəqiqədə Jervinyo vurmuşdur.