SİYASƏT


Kolumbiya müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC 

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Kolumbiya Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi Xuan Gillermo Kastro Benetti ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Kolumbiya arasında münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinin vacibliyi qeyd olunub.

X.Xələfov Azərbaycan və Kolumbiya arasında energetika, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu deyib, qarşılıqlı təmasların artırılmasının vacibliyini bildirib.

Naziri müavini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə ətraflı məlumat verib, münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu, eləcə də regionun inkişafına maneələr yaratdığını vurğulayıb, problemin həllinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında mümkün olduğunu diqqətə çatdırıb. Xələf Xələfov, həmçinin Kolumbiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Xuan Gillermo Kastro Benetti Azərbaycanda olmasından məmnunluq hissi keçirdiyini bildirərək, ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.