DÜNYA
Kolumbiyada iki holland jurnalisti oğurlanıb
Bakı, 20 iyun, AZƏRTAC
Kolumbiyada iki holland jurnalisti – “İtkinlər” televiziya proqramının reportyoru və operatoru oğurlanıb.
AZƏRTAC xəbər verir ki, Niderland teleradio verilişləri korporasiyasının məlumatına görə, Kolumbiya Silahlı Qüvvələri oğurluğun arxasında “Milli azadlıq ordusunun” dayandığını təsdiqləyib.
İnsident ölkənin şimalında Venesuela ilə sərhəddə baş verib. Üsyançı qruplaşmanın fəaliyyət göstərdiyi bu bölgədə müxtəlif qanunsuz fəaliyyət, o cümlədən narkotik ticarəti geniş yayılıb. Kolumbiya ordusundan bildiriblər ki, regiona girovların azad edilməsi üzrə ixtisaslaşmış xüsusi dəstələr göndərilib.
Niderland Xarici İşlər Nazirliyindən jurnalistlərin oğurlanması faktını təsdiqləyib və qeyd ediblər ki, onların azad olunması üçün bütün mümkün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]