DÜNYA


Kolumbiyada təyyarə qəzası: hadisə yerində 6 nəfər sağ tapılıb VİDEO

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Kolumbiyanın mülki aviasiya idarəsi qəza yerində 6 nəfərin sağ tapıldığını rəsmən təsdiqləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sağ qalanların hələlik beşinin adları müəyyənləşib. Onlar Braziliyanın “Şapekoense” futbol klubunun qapıçıları Danilo Padilya və Cekson Folmann, müdafiəçisi Alan Rusşel, stüardessa Ximena Suares və braziliyalı jurnalist Rafael Xenzeldir.

Digər sağ qalanlar olmadığı üçün qəza yerində xilasetmə əməliyyatlarının dayandırıldığı bildirilir. Bundan bir qədər əvvəl isə Medelin şəhər polisi qəza nəticəsində 75 nəfərin həlak olduğuna dair məlumat yaymışdı.

Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliya futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Medelin hava limanına çatmağa az qalmış qəzaya uğrayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.