DÜNYA


Kolumbiyada təyyarə qəzasında ölənlər arasında 20-dən çox jurnalist var

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Kolumbiyada baş verən təyyarə qəzası nəticəsində ölənlər arasında Braziliya KİV-lərinin 21 əməkdaşı olub. Bu barədə Braziliya Jurnalistlərinin Milli Federasiyası məlumat yayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatına görə, həyatını itirən jurnalistlərin əksəriyyəti Rio-de–Janeyro, Santa-Katarina və San-Pauludan olan KİV əməkdaşlarıdır. Peşəkar qəzet, radio və televiziya idman jurnalistləri Kolumbiyada keçiriləcək futbol oyununu işıqlandırmağa gedirdilər.

Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliya futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 81 nəfərdən 75-i həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.