DÜNYA


Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Bakı, 20 aprel, AZƏRTAC

Kolumbiyanın Manisales şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl ölənlərin sayının 11 nəfər olduğu bildirilirdi.

Təbii fəlakət nəticəsində 22 nəfər itkin düşüb, 23 nəfər xəsarət alıb və azı 70 ev dağılıb. Hadisə şəhərin ümumilikdə 25 rayonuna ziyan vurub. Faciəyə Kolumbiyada yağan aramsız leysan yağışlarının səbəb olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.