MƏDƏNİYYƏT


Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milli Kitabxana ilə yaxından tanış olub

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Galindo A.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Qonağa Milli Kitabxana haqqında ətraflı məlumat verilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, xanım diplomat Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza və mətbəximizə olan marağından söz açıb. Daha sonra açıq kitabxana ilə tanış olan qonağa kitabxana fondu və xidmət sahələri haqqında məlumat verilib.

Nadir kitablar və kitabxananın muzeyi şöbəsi ilə yaxından tanış olan qonaq kitabxanaya üzv olaraq fonddan bəhrələnəcəyini söyləyib.

Qonaq açıq kitabxanada “Rəy və təkliflər” kitabına ürək sözlərini yazıb.

Sonda Marta Galindoya ölkəmizlə bağlı müxtəlif dillərdə çap olunmuş kitablar hədiyyə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.