CƏMİYYƏT


Komitə sədri Qazaxıstanın dövlət katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə gorüşüb

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə Beynəlxalq Humanitar Forumu ilə əlaqədar ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının dövlət katibi Gulşara Abdıkalikovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində Hicran Hüseynova Qazaxıstan və Azərbaycan arasında qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı ikitərəfli əməkdaşlıq müqaviləsinin bağlanılmasını təklif edib.

Qazaxıstan Respublikasının dövlət katibi Gulşara Abdıkalikova Azərbaycan Respublikası ilə bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib. G.Abdıkalikova Qazaxıstanın məişət zorakılığı, qadın və uşaq hüquqlarının müdafiəsi, qadınların irəli çəkilməsi ilə bağlı ölkənin təcrübəsi ilə bölüşdü.

H.Hüseynova son vaxtlar ali təhsil ocaqlarında qızların iqtisadiyyata, neft-kimya, texniki elmlərə marağın artdığını qeyd edib. Ümumiyyətlə sahibkar qadınların sayının artırılmasının vacibliyini vurğulayıb.

G.Abdıkalikova 2017-ci ildə ölkəsində İqtisadi Forumun (EKSPO) keçirilməsi və bu qlobal tədbir çərçivəsində qadın sahibkarlığının inkişafı mövzusuna bir hissənin həsr edilməsi ilə bağlı məlumatı açıqlayıb və Komitənin sədrini bu konfransa dəvət edib. Dövlət katibi G.Abdıkalikova müzakirə çərçivəsində Qazaxıstanda 40 faiz kiçik sahibkarların qadınlar olduğunu, maliyyə-kredit imtiyazlarının tədbiqini və parlamentdə qadınların 27 faiz təmsil edildiyini bildirib.

Hicran Hüseynova Ailə və Uşaqlara Dəstək Mərkəzlərin fəaliyyəti, ali təhsil ocaqlarında gender bərabərliyi və ailə hüququ fənlərin tədrisi haqqında qonaqlara məlumatı çatdırıb.

Komitə sədri ikitərəfli əməkdaşlığın genişləndirlməsinin vacibliyini vurğulayaraq bunu Azərbaycanın və Qazaxıstanın inkişafına müsbət təsir göstərəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.