MƏDƏNİYYƏT


“Kommersant Weekend” jurnalında Azərbaycan rəssamlarının sərgisi haqqında məqalə dərc olunub

A+ A

Moskva, 2 dekabr, AZƏRTAC

Rusiyada nəşr olunan “Kommersant Weekend” jurnalında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi haqqında məqalə dərc olunub. Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə Tretyakov Qalereyasında keçirilən sərginin açılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdi.

Məqalədə jurnalist Anna Tolstaya Abşeron rəssamlıq məktəbindən söz açır, bu cərəyanın davamçılarının yaradıcılığını “sovet Azərbaycanın qeyri-sovet incəsənəti”nin nümunələri kimi səciyyələndirir.

Xatırladaq ki, noyabrın 14-də açılan sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.