DÜNYA
Kompüter arxasında daha çox vaxt keçirənlər üçün monitor təqdim edilib
Bakı, 6 iyun, AZƏRTAC
Tayvanın “BenQ” şirkəti kompüter arxasında daha çox vaxt keçirənlər üçün nəzərdə tutulmuş “GW2470ML” monitorunu təqdim edib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, yeni monitor işıqlandırmada göy rəngin azalması (Low Blue Light Plus funksiyası) ilə səciyyələnir ki, bu da fərdi kompüterdə uzunmüddətli iş zamanı gözlərə düşən gərginliyi azaldır. Qurğu, həmçinin sayrışmanı aradan qaldıran “Flicker-Free” texnologiyası və “Brightness Intelligence” intellektual parlaqlıq tənzimləmə rejiminə malikdir.
Təqdim edilmiş model “VA” matrisinə malik və 1920x1080 piksel (Full HD) təsvir ölçülü 23,8 düymlük ekranla təchiz edilib. Monitor hər biri 2 vatt gücündə 2 ədəd stereodinamika, “D-sub”, “DVI” və “HDMI 1.4” portları ilə təchiz edilib. Monitorun çəkisi 4,1 kiloqramdır.