İQTİSADİYYAT


Kompüter və elektron məhsullar istehsalı iki dəfədən çox artıb

Bakı, 31 may, AZƏRTAC

2017-ci ilin yanvar-aprel aylarında kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 47,8 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsullar istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 2,4 dəfə artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə əvvəlki ilin müvafiq dövrünə nisbətən maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalında 59 faiz, elektrik paylayıcı və nəzarət cihazları hissələrinin istehsalında 2,8 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalında 53,1 faiz artım olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.