İQTİSADİYYAT
Kompüter və elektron məhsullarının istehsalı 14,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,7 dəfə artıb
Bakı, 17 noyabr, AZƏRTAC
Kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 131,9 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 14,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,7 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 10 ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 1,9 dəfə artıb, məişət soyuducularının istehsalı 29,4 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 91,8 faiz azalıb. Bununla yanaşı, hesabat dövründə 9,6 min qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatı, 103 məlumatın saxlanması üçün mərkəzi vahid, 105 dəyişən cərəyanla işləyən generator istehsal edilib.