DÜNYA


Kompyuter monitorları bazarı il ərzində 5 faiz artıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Bu ilin ikinci rübü ərzində dünyada 30,7 milyon ədəd masaüstü kompyuter monitoru satılıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur.

AZƏRTAC “svopi.ru” saytına istinadən xəbər verir ki, bu barədə İDC analitik şirkətinin nümayəndələrinin bu ilin ikinci rübü üçün hazırladıqları hesabatda deyilir.

Sənəddə deyilir ki, bu seqmentdə daha populyar olanı 21,5 və 19,5 düym diaqonalı olan monitorlar olaraq qalır. Məhz bu cihazların dünya üzrə satışının 22 faizindən çoxunu bu monitorlar təşkil edir. Əyri monitorların populyarlığı ildən-ilə artır və artıq onun populyarlığı 2 dəfə və ya 1,9 faiz artıb.

Bazarda lider yenə də “Dell” şirkətidir. Şirkət bazarın 17 faiz payını saxlaya bilib.

İkinci yerdə bazarın 11,4 faiz payı ilə “Hewlett Packard” (HP) şirkəti qərarlaşıb.

Üçüncü yeri isə Çinin “Lenovo” şirkəti tutub. Hazırda bu şirkət də satışlarının azalmasına baxmayaraq, bazarın 10 faiz payına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.