CƏMİYYƏT


Kompyuter oyunları üzrə X Azərbaycan milli çempionatının final mərhələsi keçiriləcək

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də “Badamdar” otelində kompyuter oyunları üzrə X Azərbaycan milli çempionatının final mərhələsi keçiriləcək.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda “HearthStone”, “Counter Strike: Global Offensive”, “DOTA 2”, “PointBlank”, “League of Legends”, “FİFA 16”, “Street Fighter V” oyunlarında final mərhələsinə vəsiqə qazanmış rayon və şəhərlərin komandaları mübarizə aparacaqlar. 280 gəncin iştirak edəcəyi final mərhələsində 7 oyun üzrə 4 komanda oyunu və 3 fərdi oyun təşkil olunacaq.

Yarışlara sentyabrın 4-də yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.