İQTİSADİYYAT
Kompyuter və elektron məhsulların istehsalı yeddi ayda 10,8 faiz artıb
Bakı, 14 avqust, AZƏRTAC
Cari ilin yeddi ayı ərzində kompyuter və elektron məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 86,6 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompyuter və elektron məhsulların istehsalı 10,8 faiz, elektrik avadanlığının istehsalı isə 2,2 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yanvar-iyul ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 2 dəfə, monitorların istehsalı 102,4 dəfə artıb. Məişət soyuducularının istehsalı 31,4 faiz, bir kilovatdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 94,9 faiz azalıb. Bununla yanaşı, hesabat dövründə 8,2 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilib.