İDMAN


Konfederasiyalar kuboku turnirinin mükafat fondu açıqlanıb

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC 

2017-ci ildə Rusiyada təşkil ediləcək futbol üzrə Konfederasiyalar kuboku turnirinin mükafat fondu açıqlanıb.

AZƏRTAC xəbər verir ki, yarışın iştirakçıları ümumilikdə 20 milyon ABŞ dolları qazanacaqlar.

Turnirin qalibi 4,1, finalçısı 3,6 milyon dollar gəlir əldə edəcək. Bürünc mükafatçı 4, medal şansını sonda əldən verən komanda 2,5 milyon dollar mükafata sahib çıxacaq. Mübarizəni qrupda başa vuran digər 4 komandanın hərəsinə 1,7 milyon dollar ödəniləcək.

Qeyd edək ki, Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək Konfederasiyalar kuboku iyunun 17-də start götürəcək. İyulun 2-dək davam edəcək yarışda Rusiya, Almaniya, Portuqaliya, Çili, Avstraliya, Meksika, Yeni Zelandiya və Afrika çempionu iştirak edəcək. Kubokun püşkatma mərasimi sabah Kazan şəhərində keçiriləcək.

Püşkatma mərasimində FİFA prezidenti Canni İnfantino iştirak edəcək. Rusiyada səfərdə olan FİFA rəsmisini artıq ölkə prezidenti Vladimir Putin də qəbul edib. Görüşdə Konfederasiyalar kuboku və 2018-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.