REGİONLAR


Konfrans iştirakçıları Şəmkir bələdiyyələrinin nəzdində yaradılan təsərrüfatlarda olublar

A+ A

Şəmkir, 15 noyabr, Famil Quliyev, AZƏRTAC

“Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda Şəmkirdə keçirilən konfransın iştirakçıları səfərlərinin ikinci günü rayonla tanışlıq imkanı qazanıblar.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin deputatları, şəhər, qəsəbə və rayon bələdiyyələrinin sədrləri əvvəlcə qədim Lüteran kilsəsinə baş çəkiblər.

Daha sonra qonaqlar Şəmkir bələdiyyəsinin nəzdində yaradılan “Morul Tikinti” MMC-də istehsal imkanları ilə maraqlanıblar. Məlumat verilib ki, qum-çınqıl, tamet və asfalt istehsalı ilə bərabər, bələdiyyənin nəzdində iri taxılçılıq və bitkiçilik təsərrüfatı olan “Ceyrançöl” MMC-də yaradılıb. Burada taxıl, şəkər çuğunduru, tərəvəz və meyvə istehsalı aparılır.

Konfrans iştirakçılarının Şəmkirlə tanış olduqları növbəti məkan Çinarlı bələdiyyəsinin nəzdində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı üçün ixtisaslaşmış “Şəmkir səbəti” olub. Beş hektar ərazini əhatə edən müəssisə kənd təsərrüfatı, ərzaq və digər məhsulların topdan və pərakəndə satışı üçün əlverişli məkana çevrilib.

Bələdiyyələrin nəzdində yaradılan təsərrüfatlara baxışdan sonra qeyd olunub ki, görülən işlər həm Şəmkir rayonu, həm də rayonun bələdiyyələri üçün xeyirlidir. Bütün bu işlər digər bələdiyyələr üçün örnək olmalıdır. Onlar da öz imkanları daxilində və yerli icra hakimiyyətlərinin köməyi ilə bu cür layihələr həyata keçirməyə çalışmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.