ELM VƏ TƏHSİL
Konfransda müasir tərbiyə sisteminin vəziyyəti müzakirə ediləcək
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 19-20-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Müasir tərbiyə sisteminin vəziyyəti: axtarışlar, problemlər, təkliflər” mövzusunda respublika konfransı keçiriləcək.
AMİ-dən AZƏRTAC-a bildiriblər ki, konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə “Təlim-tərbiyə prosesinin elmi-nəzəri və praktik məsələləri”, “Tərbiyənin psixoloji problemləri və onun şəxsiyyətin formalaşmasına təsiri”, “Müasir dövrdə mənəvi-əxlaqi tərbiyənin ümumi problemləri” bölmələrində məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Konfransın materialları toplu şəklində çap olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]