CƏMİYYƏT


Konfutsi İnstitutu ilə Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənəddə birgə tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, elmi işçilərin mübadiləsi, birgə elmi konfransların, seminarların təşkili və bir sıra digər məsələlər nəzərdə tutulub.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, müqaviləni Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jinhua və Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov imzalayıblar.

Tədbirdə G.Baxşəliyeva rəhbərlik etdiyi qurumun elmi istiqamətləri barədə məlumat verib, institutda səmərəli tədqiqatların aparıldığını bildirib. Çinşünaslıq üzrə tədqiqatların institutda Asiya-Sakit Okean ölkələri regionu şöbəsində aparıldığını bildirən G.Baxşəliyeva əməkdaşların çinşünaslıq barədə nəşr olunan kitablarını qonaqlara təqdim edib.

Şərqşünaslıq İnstitutunda Çinlə bağlı tədqiqatların aparılmasından məmnunluğunu bildirən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhua ölkələrimiz arasında elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, bu əlaqələrin səmərəli olacağına əminliyini bildirib.

Konfutsi İnstitutunun direktorları institutlar arasında əməkdaşlığın perspektivlərindən danışıblar. Bildirilib ki, imzalanan müqavilə tərəflər arasında səmərəli əməkdaşlığa töhfələr verəcək, əlaqələrin genişlənməsinə kömək göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.