SİYASƏT
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş M.Hüseynovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 17-nə təyin edilmiş iclasında baxılacaq.