SİYASƏT


Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Hər il noyabrın 12-si Azərbaycanda dövlət bayramı olan Konstitusiya Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Əsas Qanunun qəbul edilməsinin 21 illiyi münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri və əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.