REGİONLAR


Konstitusiya xalqımızın milli dövlətçiliyinin və suveren hüquqlarının təminatçısıdır

A+ A

Tovuz, 12 noyabr, Famil Quliyev, AZƏRTAC 

Noyabrın 12-də Tovuz rayonunda “Heydər Əliyev Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaranmasında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edilib ki, Konstitusiya xalqımızın milli dövlətçiliyinin və suveren hüquqlarının təminatçısıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü təsbit edilib, demokratiyaya və insan hüquqlarının qorunmasına təminat verilib. Ötən illərdə Konstitusiya çərçivəsində həyata keçirilən siyasi-hüquqi islahatlar sayəsində vətəndaş cəmiyyətinin bərqərar edilməsi, qanunların aliliyinə əsaslanan hüquqi-dünyəvi dövlət quruculuğu istiqamətində böyük uğurlar qazanılıb.

Çıxışlarda Azərbaycanın ilk Konstitusiyasının yaranmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri qeyd edilib, Əsas Qanunun dövlətin və cəmiyyətin həyatındakı mühüm rolundan və əhəmiyyətindən söhbət açılıb.

X X X

Şəmkirdəki Heydər Əliyev Mərkəzi və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə Dəllər qəsəbə Zaur Abbasov adına tam orta məktəbdə 12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Şəmkir Heydər Əliyev Mərkəzinin əməkdaşı Hicran Əliyeva şagirdlərə Konstitusiyamızın yaranma tarixi, edilən dəyişikliklər və bu dəyişikliklərin əhəmiyyəti haqqında məlumat verib, məktəbliləri maraqlandıran suallara aydınlıq gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.