CƏMİYYƏT


Konstitusiyanın qəbul olunması ilə Azərbaycanda dövlət quruculuğunun əsası qoyulub

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 noyabr - Konstitusiya Günü qeyd olunub.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin prorektoru Qasım Məmmədov Dövlət Konstitusiyasının qəbulolunma tarixi haqqında məlumat verib. Konstitusiyanın yaranmasını şərtləndirən tarixi səbəblərdən danışan Q.Məmmədov 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul olunması ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasının qoyulduğunu vurğulayıb. Qeyd olunub ki, bu, Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra qəbul edilən ilk Konstitusiyası idi.

Universitetin ictimai fənlər kafedrasının dosenti Vüqar Məmmədov əsas qanunun tarixindən, bu ali qanunvericilik sənədinin dövlətimizin inkişafında mühüm rolundan, Konstitusiyaya edilən əlavə dəyişikliklərdən, eləcə də Azərbaycanın hazırkı inkişafından, əldə olunan nailiyyətlərdən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.