ELM VƏ TEXNOLOGİYA


Kontaktsız elektron termometr satışa çıxarılıb

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Fransanın “Withings” şirkəti "Thermo” kontaktsız elektron termometrini satışa çıxarıb. Temperaturun müəyyənləşdirilməsi üçün qurğunu alına yaxınlaşdırmaq kifayətdir.

AZƏRTAC “ictnews” saytına istinadən xəbər verir ki, termometr yaş, simptom və temperaturun dəyişməsi əsasında xəstəliyin müalicəsi üçün məsləhətlər verən mobil proqramla sinxronlaşdırılıb. Boston Uşaq Klinikasının əməkdaşları qurğuya dərmanlar və onların dozaları barədə informasiya əlavə ediblər.

Səthi gicgah arteriyasının temperaturunu təyin edən termometrlər ölçmə dəqiqliyinə görə rektal və qulaq termometrləri ilə müqayisə edilə bilər. Bundan başqa, onlar daha gigiyenikdir və travma üçün təhlükəli deyil, eləcə də həm oyaq, həm də yatmış insanın temperaturunu ölçməyə imkan verir. Ailəvi termometr kimi icad edilən “Thermo” səkkiz adamın temperaturunu ölçmə tarixçəsini izləyir. İstehsalçı qurğunu temperaturun ölçülməsi üçün ən gigiyenik üsul kimi qələmə verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.