MƏDƏNİYYƏT


Könüldən-könülə yollar görünür

Bakı, 10 may, AZƏRTAC 

Mayın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə (AAB) M.P.Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Könüldən-könülə yollar görünür” adlı tədbir keçiriləcək.

AAB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə respublikamızın tanınmış aşıqları şairin şeirlərinə yazılmış musiqiləri ifa edəcəklər.

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib ki, bu da Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustadına verilən yüksək qiymətdir.

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.