İDMAN


Könüllülər arasında şahmat turniri keçirilib

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub. İsveçrə sistemi ilə keçirilən yarış 5 turdan ibarət olub. Turnirin qalibi adını 5 oyundan 4.5 xal toplayan Murad Həşimov qazanıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin AZƏRTAC-a verdiyi xəbərə görə, 5 oyundan 4 xal toplayan 4 könüllü arasında 2-3 cü yerin sahibini müəyyən etmək üçün tay-brek oynanılıb. Yekun nəticələrə əsasən, Pünhan Talıbxanlı və Kənan Namazlı müvafiq olaraq 2-3-cü yerləri tutub. Qızlar arasında ən yaxşı nəticəni 5 oyundan hərəyə 3,5 xal toplayan Aysel Məmmədzadə və Aytac Zülfüqarlı əldə ediblər.

Yarışın mükafatçılarına kubok, medal və müxtəlif dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turnirinin keçirilməsində əsas məqsəd şahmat biliklərinin artırılması, qaydaların mənimsənilməsi, könüllülərin komanda quruculuğunun daha da möhkəmləndirilməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.