ELM VƏ TƏHSİL


Kooperasiya Universitetinin növbəti tədris ili üçün iş planı təsdiq olunub

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Kooperasiya Universitetinin elmi şurasının 2016/2017-ci tədris ili üzrə yekun iclası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda rektor, professor Eldar Quliyev ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətdə görülən işlərdən danışıb. Qeyd edib ki, universitetdə tələbələrin hərtərəfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılıb. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi təqdirəlayiq haldır. Tələbələr həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir.

Sonra universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi barədə məruzə ilə çıxış edib.

İclasda elmi şuranın 2017/2018-ci tədris ili üçün iş planı təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.