SİYASƏT


Kopenhagendə ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün Büro üzvü qismində aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagenə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputat Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.