SİYASƏT
Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib
Kopenhagen, 22 iyun, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə, bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə tədbir keçirilib.
Kopenhagen Azərbaycan Evində keçirilən mərasimdə, Danimarka Krallığında yaşayan - Azərbaycan, türk, Türkmən və digər xalqların diaspor nümayəndələri iştirak ediblər.
Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi tədbir iştirakçılarını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu bayramın xalqımız üçün əhəmiyyətindən danışıb.
Sonra, Danimarkada fəaliyyət göstərən, müxtəlif türk diaspor təşkilatlarının birgə məqsəd uğrunda həyata keçirtdiyi işlər barəsində danışan Səfər Sadiqi, vurğulayıb ki, bu əməkdaşlıq artıq öz bəhrəsini verməkdədir.
Sonda, tədbir iştirakçılarına iftar süfrəsi açılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen