MƏDƏNİYYƏT


Kopenhagendə keçirilən tədbirdə Azərbaycanın zəngin mədəniyyəti təqdim edilib

Kopenhagen, 14 iyun, AZƏRTAC

Kopenhagen şəhərində İnteqrasiya Günü münasibətilə keçirilən tədbirdə Azərbaycanı Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti təmsil edib.

Tədbirin keçirildiyi məkanda “Vətən” Cəmiyyəti tərəfindən yaradılan Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini və bugünkü inkişafını əks etdirən kitablar və broşürlər, şirniyyatlarımız təqdim edilib. Cəmiyyətin nümayəndələri qonaqlara ölkəmiz barədə ətrafli məlumat verərək onları maraqlandıran sualları cavablandırıblar.

“Vətən” Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılıq qrupunun çıxışları iştirakçıların böyük marağına səbəb olub.

İnteqrasiya Gününün keçirilməsində məqsəd Danimarkada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları tərəfindən öz ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini ölkə əhalisinə təqdim etməkdir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Kopenhagen

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.