DÜNYA


Koreya Respublikasında 400 mindən çox avtomobil geri çağırılır

Bakı, 22 iyun, AZƏRTAC

Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi ölkədə istehsal olunan və idxal edilən 403 min 128 avtomobilin geri çağırılması barədə göstəriş verib.

Yonhap agentliyi nazirliyə istinadla xəbər verir ki, müxtəlif nöqsanlara görə geri çağırılan avtomobillər 7 şirkətin 38 modelinə aiddir. Buraya “Hyundai”nin “Santa Fe” və “MaxCruze” modelləri, “Maserati Ghibli”, “Ford Focus”, “Lincoln MKS” və digərləri daxildir.

Avtomobillərdəki qüsurlu hissələr istehsalçı şirkətlərin hesabına dəyişdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.