MƏDƏNİYYƏT


Koreya Respublikasında Azərbaycan muğamları səsləndirilib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Koreya Respublikasının Jenoju şəhərində dünya musiqisinə həsr olunmuş Sori Musiqi Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də baş tutan festivalda ilk dəfə olaraq ölkəmiz də təmsil olunub. Belə ki, ölkəmizi festivalda xanəndə Arzu Əliyeva özünün muğam qrupu ilə təmsil edib.

Xanəndə açılış konsertində Tayvan, Çin və Fransadan olan ifaçılarla eyni səhnəni bölüşüb. Konsert çərçivəsində qonaqlara Azərbaycan muğamı və onun tarixi haqqında ətraflı məlumat verilib. Sonra A.Əliyevanın ifasında “Mahur” və “Şahnaz” muğamları ilə yanaşı, bir sıra xalq və bəstəkar mahnıları da səsləndirilib.

Qeyd edək ki, konsertdə xanəndəni tarda və kamançada Əməkdar artistlər Elşən və Malik Mənsurovlar, balabanda Abuzər Güləliyev müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.