İQTİSADİYYAT
Koreya Respublikasında “IPTV” texnologiyasını dəstəkləyən kompyuter nümayiş olunub
Bakı, 31 avqust, AZƏRTAC
Koreya Respublikasının ikinci ən böyük mobil rabitə operatoru "KT Corp.” şirkəti sənaye tarixinin inkişafında “IPTV” (Internet Protocol Television) texnologiyasını dəstəkləyən ilk fərdi kompyuter təqdim edib.
AZƏRTAC “Mediasat” saytına istinadla xəbər verir ki, yeni kompyuter modeli istifadəçilərə yerə qənaət etməyə və müxtəlif mənbələrdən multimediadan zövq almağa imkan verəcək.
Yerli “LG Electronics Inc” texnoloji şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən qurğu istifadəçiyə idarəetmə pultunda bir düyməyə basmaqla “IPTV” qəbulundan fərdi kompyuterə istifadəyə keçməyə imkan verir.
Şirkət nümayəndələrinin proqnozlarına görə, bu ilin sonunadək yaradılmasında "Microsoft Corp”. və “Intel Corp” şirkətlərinin də iştirak etdiyi 20 minə yaxın belə qurğu satılacaq.
Yeni kompyuter 27 düym diaqonallı IPS-displey və "Full HD” dəstəyi, eləcə də dördnüvəli “Intel” prosessoru və 128 qiqabayt tutumlu sərt gövdəli daşıyıcı (SDD) ilə təchiz edilib.
“IPTV” televiziya siqnalını internet şəbəkəsi vasitəsilə effektiv şəkildə ötürməyə imkan verən müasir texnologiyadır.