DÜNYA


Koreya Respublikasında bir neçə evi olanlardan kapitalın artımı vergisi tutulacaq

Bakı, 11 avqust, AZƏRTAC 

Koreya Respublikası hökuməti bir neçə mənzilin və ya evin sahibi olan şəxslərdən kapitalın artımı vergisinin tutulmasına hazırlıq görür. Bundan əlavə, möhtəkirliyin cilovlanması məqsədilə ipoteka kreditinə aid şərtlərin də sərtləşdiriləcəyi gözlənilir.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hökumət rəsmilərinin rəyinə görə, ölkənin əsas regionlarında ev bazarında vəziyyətin gərginləşməsinə möhtəkirlər səbəb olurlar.

2018-ci ilin aprel ayından başlayaraq iki yaşayış əmlakına sahib olan Koreya Respublikası vətəndaşları gəlirlərinin həcmindən asılı olaraq hazırda qüvvədə olan 6 faizdən 40 faizədək vergi dərəcəsi ilə yanaşı, kapitalın artımı üçün əlavə 10 faiz də vergi ödəməli olacaqlar. Əmlakı üç evdən artıq olan vətəndaşlar üçün isə yeni verginin dərəcəsi 20 faizə çatacaq.

Hökumətin açıqlamasında bildirilib ki, yaşayış obyektləri investisiya məhsuluna çevrilməməlidir, onlarda insanlar yaşamalıdır. Ona görə də mənzil bazarında möhtəkirliklə məşğul olanların qarşısı digər tədbirlərlə yanaşı, həm də kapitalın artımına verginin əhatə dairəsinin genişləndirilməsi ilə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.