MƏDƏNİYYƏT


Koreya Respublikasında dünya musiqisinə həsr olunmuş “Sori” musiqi festivalı təşkil olunacaq

A+ A

 

Bakı, 28 sentyabr, AZƏRTAC

Koreya Respublikasının Jenoju şəhərində dünya musiqisinə həsr olunmuş “Sori” musiqi festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də baş tutacaq festivalda bu il ilk dəfə Azərbaycan da təmsil olunacaq.

Ölkəmizi festivalda xanəndə Arzu Əliyeva muğam qrupu ilə təmsil edəcək. Təmsilçilərimiz açılış konsertində Tayvan, Çin və Fransadan olan ifaçılarla birlikdə çıxış edəcəklər.

Bundan əlavə, festival çərçivəsində Arzu Əliyevanın konsert proqramı da nəzərdə tutulur. Konsertdə xanəndəni tarda və kamançada Əməkdar artistlər Elşən və Malik Mənsurovlar, balabanda Abuzər Gulalıyev müşayiət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.