DÜNYA


Koreya Respublikasında təhlükəsizlik şurasının təcili iclası keçirilir

Bakı, 8 iyun, AZƏRTAC

Koreya Respublikasının prezidenti Mun Ce-in Şimali Koreyanın bu gün baş tutan raket sınağı ilə əlaqədar təhlükəsizlik şurasının təcili iclasını çağırıb.

Prezident ofisinin yaydığı məlumatda deyilir ki, Mun Ce-inin prezident kimi ilk dəfə sədrlik etdiyi iclasda Şimali Koreyanın son günlər bir neçə raket sınağı ilə bağlı müvafiq addımların atılması məsələləri müzakirə olunur.

Qeyd edək ki, Şimali Koreya bu gün səhər erkən saatlarda gəmi əleyhinə qısa mənzilli qanadlı raketləri sınaqdan çıxarıb. Yonhap agentliyinin məlumatına görə, Şimali Koreyanın şərq sahillərindən buraxılan raket 200 kilometr uçub. Şimali Koreyanın bu sınağı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini pozmur. Belə ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını qadağan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.