CƏMİYYƏT


Koreya Respublikasından olan gənclərlə səmərəli müzakirələr aparılıb

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda olub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər və maliyyələşdirdiyi layihələr barədə qonaqlara məlumat verib.

Nümayəndə heyətinin üzvləri Fondun gənclərə göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər.

Söhbət zamanı Gənclər Fondu ilə Koreya Respublikasının müvafiq qurumları və gənclər təşkilatları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər Azərbaycan-Koreya Respublikası gənclərinin mübadilə proqramı çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.