SİYASƏT
Koreya Respublikasının Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Bakı, 26 noyabr, AZƏRTAC
Koreya Respublikasının Baş naziri Çanq Honqvon noyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Çanq Honqvonun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Koreya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.
Baş nazir Çanq Honqvonu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:21]
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
- 25.04.2024 [16:35]