REGİONLAR


Koreyalı gənclər İsmayıllıda

A+ A

İsmayıllı, 17 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən, ölkəmizdə səfərdə olan Koreyanın gənclərdən ibarət 11 nəfərlik nümayəndə heyəti İsmayıllıya gəlib.

AZƏRTAC xəbər verir ki, qonaqlar Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovun və rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehovun müşayiəti ilə Lahıc qəsəbəsində olublar. Koreyalı gənclər Lahıcın timsalında milli mətbəximiz, xalq sənətkarlığımız, etnoqrafiyamız, milli memarlığımız və şəhərsalma mədəniyyətimiz barədə hərtərəfli məlumat alıblar.

İsmayıllıya səfər qonaqlarda xoş təəssürat yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.