MƏDƏNİYYƏT


Koreyalı məktəblilər Azərbaycan mədəniyyəti barədə məlumatlandırılıb

A+ A

Seul, 10 oktyabr, AZƏRTAC

Koreya Respublikasının paytaxtında fəaliyyət göstərən Han İk Hvan incəsənət muzeyinin “Uşaqlar üçün qlobal mədəni mübadilə” proqramı çərçivəsində Seulun Yonqsan rayonun bir qrup məktəblisi Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Səfir Rəmzi Teymurov koreyalı məktəblilərə müstəqil Azərbaycanın dövlətçilik tarixi barədə məlumat verib.

Sonra Azərbaycanın tarixi, coğrafi şəraiti, mədəniyyəti, o cümlədən musiqisi və mətbəxi, ölkəmizin hazırki inkişafına dair təqdimat olub. Qonaqlar Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.