İQTİSADİYYAT


Koreyalı mütəxəssislər Azərbaycanda yüksək texnologiyalar sektorunun inkişaf vəziyyətini yüksək qiymətləndirib

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Koreyalı mütəxəssislər Azərbaycanda yüksək texnologiyalar sektorunun inkişaf vəziyyətini yüksək qiymətləndirib.

“Elektron hökumət” Portalından AZƏRTAC-a bildirilib ki, bu barədə fikirlər sentyabrın 23-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Koreya Respublikasının Sangmyung Universitetin professoru Hung Kuk Parkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib.

Görüşdə koreyalı mütəxəssislərlə “Elektron hökumət” sahəsində gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Nümayəndə heyəti, həmçinin digər ölkələrdəki uğurlu təcrübələrdən danışıb.

Professor Hung Kuk Park, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının “Elektron Hökumətin İnkişaf İndeksi” üzrə reytinqində 56-cı pillədə qərarlaşmasını bu inkişafın göstəricisi olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri ölkəmizlə sahə üzrə bütün istiqamətlərdə işbirliyinə hazır olduqlarını söyləyib. O, Koreyanın orta və kiçik şirkətlərinin bu əməkdaşlığa cəlb edilməsinin mümkünlüyünü də qeyd edib.

Ölkəmizdə bu sahə üzrə əldə olunan nailiyyətlərdən söz açan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, qonaqlara "Elektron Hökumət", “Elektron İmza” infrastrukturu, elektron xidmətlərin inkişaf etdirilməsi, yen nəsil şəxsiyyət vəsiqələrinin formalaşdırılması üzrə həyata keçirilən işlər və gələcək planlar barədə ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.