ELM VƏ TƏHSİL
Koreyanın EWHA Qadınlar Universiteti tələbə qəbulu elan edir
Bakı, 6 fevral, AZƏRTAC
Koreya Respublikasının EWHA Qadınlar Universiteti xarici tələbələr üçün 2016-cı il payız qəbulu elan edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, payız qəbulunda iştirak etmək arzusunda olan xarici tələbələr cari il aprelin 4-dən 25-dək EWHA Qadınlar Universitetinə müraciət edə bilərlər.
Müvafiq proqram Koreya dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, siyasi elmlər və beynəlxalq münasibətlər, dövlət idarəçiliyi, iqtisadiyyat, sosiologiya, psixologiya, riyaziyyat, statistika, kimya, ətraf mühit elmləri və mühəndisliyi, səhiyyə və s. sahələri əhatə edir.
Proqram haqqında ətraflı məlumatı http://admission.ehwa.ac.kr və http://enter.ehwa.ac.kr keçidlərindən əldə etmək olar.