İQTİSADİYYAT


“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması işləri yekunlaşır

Bakı, 6 iyun, Elvin Camalov, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Atletlər kəndinin həyata keçirdiyi nəqliyyat əməliyyatlarına görə yeri dəyişdirilən “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində görülən işlər artıq yekunlaşmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində hərəkətin təhlükəsizliyi baxımından əlavə tədbirlər görülüb. Avtobusların daxil olduğu perronların girişlərinə sürət azaldan maneələr qoyulub, sərnişinlər üçün məlumatverici və maarifləndirici lövhələr vurulub. Mərkəzin köçürülməsi yaxın günlərdə baş tutacaq. Artıq bununla bağlı Bakı ətrafı kənd və qəsəbələrdən bu istiqamətdə hərəkət edən marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.