İQTİSADİYYAT


Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində işıqfordakı problem aradan qaldırılıb

Bakı, 5 iyun, Elvin Camalov, AZƏRTAC

Dünən gecə saatlarında Bakının Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində işıqforda yaranan problem aradan qaldırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, dünən gecə saatlarında Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən işıqforun çalışmaması səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb. Yaranan problem Bakı Nəqliyyat Agentliyi tərəfindən aradan qaldırılıb və artıq avtomobillərin hərəkətində heç bir maneə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.