MƏDƏNİYYƏT


“Кoroloevskaya karova” Bakını tərk etdi

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan səfər zamanı qonaqlar paytaxt tamaşaçılarına 4 tamaşa təqdim ediblər.

Gürcüstan teatrı Gənc Tamaşaçılar Teatrının daimi tamaşaçılarına L.Titova və A.Starotorjskinin “Кoroloevskaya karova” (“Kralın inəyi”) tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.

Əsas obrazları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy və Levan Qvazava canlandırıb.

Qastrol səfərinin bağlanış mərasimində Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək qonaq teatra öz təşəkkürlərini bildirərək iki teatr arasında gələcəkdə də yaradıcılıq əməkdaşlığının qastrol tamaşaları, rejissor və aktyor mübadilələri ilə möhkəmlənəcəyini vurğulayıblar.

M.Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib.

Qonaqlara xalqımızın milli mədəniyyətini əks etdirən suvenir və xatirə hədiyyələri təqdim olunub.

Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının direktoru Tamara Lortkipanidze və bədii rəhbəri Dimitri Xvtisiaşvili çıxış edərək Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və bütün tamaşaçılara isti münasibətə görə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində ADGTT-nın əməkdaşları qonaqları şəhərimizin görməli yerləri ilə tanış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.