CƏMİYYƏT


Körpə cinsiyyətini təzyiqə əsasən müəyyən etmək üsulu

Bakı, 9 iyun, AZƏRTAC

Ana bətnindəki körpənin cinsiyyətini öyrənməyin müxtəlif üsulları var. Bu sahədə ultrasəs müayinəsi ən səmərəli üsul olsa da, dünyaya oğlan və ya qız övladı gələcəyini tam dəqiqliklə açıqlaya bilmir.

AZƏRTAC Rusiyada çıxan “AiF” qəzetinə istinadla xəbər verir ki, Kanadanın Toronto şəhərində Maynt Sinay xəstəxanasının alimləri 1400 hamilə qadın üzərində araşdırma aparıb. Araşdırma ortaya maraqlı nəticə çıxarıb: hamiləliyə qədər sistolik təzyiqi yüksək olanlar daha çox oğlan, aşağı olanlar qız uşağı dünyaya gətirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.