CƏMİYYƏT


Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 130 cinayət işinin istintaqı davam edir

A+ A

Bakı, 15 iyul, AZƏRTAC 

Hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 130 cinayət işinin istintaqı davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 15-də rəhbərlik etdiyi qurumun ilin birinci yarısındakı fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, cinayət işləri ilə bağlı 58 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Həmin şəxslərdən 52 nəfər barəsində məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Vurğulanıb ki, hesabat dövründə məhkəməyə göndərilən 100 iş arasında bank sektoru ilə bağlı olanlar üstünlük təşkil edib. Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sektor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı, 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, üçü təhsil, üçü enerji sahəsi, üçü nəqliyyat, biri daxili işlər orqanları ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.