ELM VƏ TEXNOLOGİYA


Kosmosda 3D printerin fəaliyyəti üzərində işlər aparılır

A+ A

Bakı, 28 iyul, G.Məlikova, AZƏRTAC

Avropa kosmik agentliyinin tədqiqatçıları kosmosda 3D printerin fəaliyyəti üzərində işlər aparırlar.

AZƏRTAC Vista News saytına istinadla xəbər verir ki, elm adamları kosmik laboratoriyada metal sıxlığının öyrənilməsi istiqamətində tədqiqatlara başlayıblar. Belə ki, gələcəkdə kosmik stansiya və raketlərdə 3D printerlərin yerləşdirilməsi düşünülür. Bununla yanaşı, kosmosda cazibə qüvvəsinin olmaması və yüksək temperatur şəraitində yeni qurğunun necə işləyəcəyi öyrənilir. Alimlərin sözlərinə görə, adıçəkilən cihazın köməyi ilə digər planetlərdə tikililərin inşa edilməsi və bunun üçün müxtəlif lazımi detalların hazırlanması mümkün olacaq.

Hazırda elm adamları printerin köməyi ilə Ayda kosmik bazaların yaradılması ətrafında müzakirələr aparırlar. Onların sözlərinə görə, bunun üçün marsoxodun Ayın səthindən topladığı buz və printerin lazımi tikinti materialına çevirəcəyi gərəkli metallardan istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.