DÜNYA
Kosta-Rikada avtobus qəzasına görə matəm elan olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Kosta-Rikada avtobus qəzası nəticəsində baş verən insan tələfatı ilə əlaqədar ölkədə matəm elan olunub.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Kosta-Rikanın paytaxtı San-Xose şəhərinin şimalındakı Cinchona kəndi yaxınlığında avtobusun uçuruma aşması 12 nəfərin ölümünə səbəb olub. Hadisə zamanı yaralanan 15 nəfərdən 12-nin vəziyyətinin isə ağır olduğu bildirilir.
İnsidentlə əlaqədar Kosta-Rikanın dövlət başçısı Luis Guillermo Solis ölkədə üç günlük matəm elan edib.
Qeyd edək ki, oktyabrın 20-də Kosta-Rika Milli Universitetindən təqaüdə çıxanları hinduların yaşadığı Guatuso (Maleku) düşərgəsinə aparan avtobus 15 metr dərinliyi olan uçuruma yuvarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]