DÜNYA


Krakovda azadlıq yolu haqqında sərgi açılıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Polşanın Krakov şəhərinin Volnitsa meydanında Mərkəzi-Şərqi Avropa ölkələrinin azadlıq yolundan bəhs edən sərgi fəaliyyətə başlayıb.

Avqustun 20-dək açıq səma altında fəaliyyət göstərəcək sərgidə fotolar, tarixi mətnlər, müxtəlif multimedia vasitələri nümayiş etdirilir. Buna qədər Berlin, Bratislava, Brüssel, Budapeşt, Buxarest, Varşava və Vyana sakinlərinin tanış olduğu sərginin növbəti dayanacağı isə Praqada olacaq.

Sərginin məzmunu professor Yan Ridilinin rəhbərlik etdiyi tarixçilər komandası tərəfindən işlənib hazırlanıb. Onun dediyinə görə, əsasən gənc nəslin nümayəndələri üçün nəzərdə tutulan sərgi 1939-1989-cu illərdə baş verən hadisələrdən bəhs edir.

Sərgi Berlin divarının sökülməsini, Varşavada "dairəvi masa"nın iclasını, Polşanın keçmiş prezidenti Lex Valensanın 1980-ci ildə Qdanskda tərsanədə işləməsini əks etdirən 100 şəkildən ibarətdir. "Qırılmaya aparan yol. Mərkəzi-Şərqi Avropa 1939-1989" sərgisi müxtəlif ölkələrdə sərgiləndiyi üçün bir çox dil versiyalarında, xüsusən də ingilis, fransız, alman, macar dillərində işlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.